Ölümdən dönən futbolçunun son durumu necədir? - RƏSMİ AÇIQLAMA

5 Noyabr 2023 14:00 Səbail 1 831
Ölümdən dönən futbolçunun son durumu necədir? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan “Səbail”in kapitanı Ağabala Ramazanovun son durumu məlum olub.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a açıqlama verib.

Sitat: "Durumu ilə bağlı davamlı məlumat alırıq. Hazırda vəziyyəti stabildi. Həkimlərin ciddi nəzarətindədir. Ağrıları azalıb.

Özünü ötən günlərə nisbətən daha yaxşı hiss edir.

Amma hələ də müalicəsi reanimasiyada davam etdirilir.

Yəqin ki, 2-3 gündən sonra palataya köçürüləcək. Yalnız ondan sonra ümumi durumu ilə bağlı qərar veriləcək".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti