Stadionda huşunu itirən azərbaycanlı hücumçunun durumu nə yerdədir?

5 Noyabr 2023 01:20 Səbail 570
Stadionda huşunu itirən azərbaycanlı hücumçunun durumu nə yerdədir?

Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirən Ağabala Ramazanovun son durumu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “dənizçilər”in rəsmi "feysbuk" hesabı məlumat yayıb.

30 yaşlı hücumçunun həyatı təhlükəsinin olmadığı bildirilib. Onun bir neçə gün xəstəxanada həkim nəzarətində olacağı vurğulanıb.

Ağabala Ramazanov qarşılaşmanın 45-ci dəqiqəsində rəqiblə toqquşub. O, dərhal xəstəxanaya çatdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti