COP29

Azərbaycanda komanda üçün "qara gün" şad sonluqla bitdi

6 Noyabr 2023 23:40 Səbail 1 195
Azərbaycanda komanda üçün "qara gün" şad sonluqla bitdi

"Səbail" üçün "Turan Tovuz"la matç arxadakı 11 turdan çox önəmliydi.

Nə qədər qəribə səslənsə də qələbə komandanı liderə yaxınlaşdıracaqdırsa, məğlubiyyət Bayıl təmsilçisini 8-ci pilləyə qədər endirə bilərdi.

Qarşılaşma Şahin Diniyevin yetirmələri üçün uğursuz start götürdü. Qonaqlar sanki evdə oynayırmış kimi görüşə aqressiv hücumlarla başladı. Açıq-aydın sezilirdi ki, Ayxan Abbasov futbolçularına qələbə tapşırığı verib.

Ard-arda hücumların bəhrəsi olacağı aydın sezilirdi.

Amma buna kimi oyuna pis başlayan "Səbail" ilk "soyuq duş"u 9-cu dəqiqədə aldı. Sadə epizodda qolu çıxan Süleyman Əhmədov yerini Rafael Məhərrəmliyə verməli oldu. Yerli futbolçuların qıtlığından əziyyət çəkən Diniyev üçün plansız əvəzetmə ciddi problem idi.

Daha ciddi problemlər isə hələ qarşıda onu gözləyirdi.

27-ci dəqiqədə Səlahət Ağayevin kobud səhvi sonrası Otto Con hesabı açdı.

Üstün futbol oynayan tovuzluların fərqi artıra bilməməsi sadəcə möcüzə sayəsində mümkün olmadı. Gah dirək, gah bəxtsizlik buna mane olurdu.

36-cı dəqiqədə Kamranbəy Rəhimovun Səlahət Ağayevə qırmızı yox, sarı vərəqə verməsi də Abbasovun yetirmələrinə mənfi psixolji yük yükləmiş oldu.

Paytaxt klubu üçün uğursuz keçən gün isə öz işindəydi.

Tərəflər paltardəyişmə otağına getməyə hazırlaşdığı məqamda Ağabala Ramazanov ciddi xəsarət alaraq yerdə qaldı.

Huşu çox gec özünə gələn yarımmüdafiəçin durumu qorxulu olunca təcili tibbi yardım maşını "10 nömrə"ni "Bona Dea Hospitalı"na apardı.

Diniyev ikinci məcburi əvəzetməyə getdi.

İkinci yarı meydan sahiblərinin gözlənilməz qolu ilə başladı. Ağabalanın yerinə meydana çıxan Rüfət Abdullazadı hesaba tarazlıq gətirən qolun müəllifi oldu.

Bərabərlik uzun müddət davam etdi. 78-ci dəqiqədə Aleksandır Ramalinqom səhnəyə çıxdı.

Öncə penal qazandı, ardınca fərqləndi, davamında isə əzələsin dartaraq yerdə qaldı.

Əvəzetmə limiti qalmayan "Səbail"də məşqçilər korpusu yeriməkdə çətinlik çəkən madaqaskarlı forvardın meydana qayıtmasına çalışdılar və nail oldular.

Təxminən 5-6 dəqiqədə axsaya-axsaya meydanda vargəl edən hücumçu 85-ci dəqiqədə görüşü birdəfəlik tərk etməli oldu.

15-16 dəqiqə say azlığında qalan "Səbail" 90 dəqiqə qarşılaşdığı uğursuz zədələrə, məcburi əvəzetmələrə rəğmən sonda 3 xala sevinən tərəf olmağı bacardı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 20:00 Çək və bizə göndər!