Xəstəxanaya aparılan futbolçudan XƏBƏR: "Həyati təhlükəsi yoxdur"

4 Noyabr 2023 01:20 Səbail 504
Xəstəxanaya aparılan futbolçudan XƏBƏR: "Həyati təhlükəsi yoxdur"

"Səbail" kapitanı Ağabala Ramazanovun son durumu ilə bağlı açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, açıqlamada bildirilir:

"Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən “Səbail - “Turan Tovuz” oyununda zədələnən və xəstəxanaya təxliyyə olunan Ağabala Ramazanovun həyati təhlükəsi yoxdur. Futbolçumuz bir neçə gün həkim nəzarətində olacaq".

Ağabala Ramazanov "Turan Tovuz"a qarşı matçda rəqib futbolçu Faiq Hacıyevlə toqquşmadan sonra yerdə qalıb. Dərhal meydana hər iki komandanın tibbi personalı daxil olub.

Ona meydanda bir neçə dəqiqə köməklik göstərilib. Huşunu itirən A.Ramazanov daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti