Premyer Liqanın Bayıl yamacında Zəfər havası - FOTOLAR

3 Noyabr 2023 20:20 Səbail 434
Premyer Liqanın Bayıl yamacında Zəfər havası - FOTOLAR

Azərbaycan Premyer Liqasının 12-ci turunun açılış matçı Bayılda keçirilir.

"Səbail" doğma meydanda "Turan Tovuz"u qəbul edir.

Meydan sahibləri "Zəfər turu"nun ilk qarşılaşmasına xüsusi hazırlıq görüb.

Belə ki, futbolçular meydana xüsusi hazırlanmış formalarla çıxıblar.

Azərbaycan bayrağını simvolizə edinən formaların üzərinə işğaldan azad olunmuş rayonlarımızın adları yazılıb.

Tovuzlu azarkeşlər də Bakıya tədbirsiz gəlməyiblər.

Qonaq fanatlar olduqları tribunada Azərbaycan və Türkiyənin böyük bayraqlarını dalğalandırıblar.

Bundan əlavə üzərinə "Şəhid qanı axan torpaq
Yad ayaqda olmaz tapdaq!
Zəfərin mübarək - Azərbaycan" yazılmış pankart tribunanın önündən asılıb.

Xatırladaq ki, 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etdi.

Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.

Peşəkar Futbol Liqası qələbəmizin 3-cü ildönümü münasibətilə Misli Premyer Liqasının XII turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti