Şahin Diniyev komandasındakı futbolçuları bəyənmir – 3 transfer istədi

3 Noyabr 2023 16:00 Səbail 1 363
Şahin Diniyev komandasındakı futbolçuları bəyənmir – 3 transfer istədi

«Səbail» qış fasiləsində minimum 3 yeni transfer edəcək.

Klub rəhbərliyi ilə görüşən Şahin Dniyev bu tələbi irəli sürüb.

Komandanın cari mövsümdəki çıxışını dəyərləndirən baş məşqçi mövcud heyətlə avrokuboklara vəsiqə qazanmağın mümkün olmadığını bildirib.

O iddia edib ki, sərəncamındakı bir neçə futbolçunun səviyyəsi aşağıdır, amma sırf məşqçi korpusunun müəyyənləşdirdiyi taktiki yol və psixoloji hazırlıq sayəsində hazırkı nəticələr əldə olunub.

Çalışdırıcı Premyer Liqanın son 2-3 turunda qeyri-stabil çıxış etməsini rəqabətsizliklə əlaqələndirib.

Vurğulayıb ki, istər yerlilər, istərsə də gəlmələr arasında özünü əvəzolunmaz sayanlar var və mütləq onlarla bağlı tədbir görəcək.

İslahatlar aparacağına və kollektivdə cəmi 9 legionerin yer almasına diqqət çəkən Diniyev maraq dairəsinə düşənlərin də əcnəbi statusu daşıdığını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti