"Mən də xoşbəxtəm"

30 Oktyabr 2023 17:20 Səbail 411
"Mən də xoşbəxtəm"

"Güclü rəqiblə matçda bir xal qazandıq".

Sportinfo.az xəbər verir ki, bunu "Səbail"in portuqaliyalı futbolçusu Pedro Nuno "Zirə" ilə heç-heçə (2:2) etdikləri Azərbaycan Premyer Liqasının XI turunun oyunu ilə bağlı şəxsi instaqram hesabında yazıb.

28 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini də bildirib: "Mən də vurduğum iki qola görə xoşbəxtəm".

Pedro Nuno "dənizçilər"in hər iki qolunun müəllifi olub. Portuqaliyalı oyunçu iyulun 5-də paytaxt təmsilçisinə keçib.

Digər Xəbərlər
Xəbər Lenti