Paytaxt klubunun hücumuna yaraşmayan müdafiəsi ilə bağlı ACI MƏNZƏRƏ

31 Oktyabr 2023 23:40 Səbail 425
Paytaxt klubunun hücumuna yaraşmayan müdafiəsi ilə bağlı ACI MƏNZƏRƏ

Mövsümə əla start verən "Səbail" son iki turda 5 xal itirməsi ilə yadda qaldı.

Evdə "Neftçi"yə məğlub olan (2:4) Şahin Diniyevin yetirmələri səfərdə "Zirə" ilə bərabərə qaldı - 2:2.

İddialı rəqiblərlə oyunda belə nəticələrin qeydə alınması hardasa başadüşüləndir.

Komandada ciddi düşüşdən danışmağa dəyməz.

Hücum xəttinin 2 matça 4 qol vurmasını isə xüsusi qeyd etmək olar.

Lakin kollektiv nöqsanlardan da xali deyil.

Məsələn, müdafiə xəttini bu baxımdan mütləq qeyd etməliyik.

Bayıl təmsilçisi hücum fazasında hər nə qədər parlaq görünürsə, arxa xətt bir o qədər fiaskodur.

Təsəvvür edin cəmi 11 tur arxada qalıb, amma Səlahət Ağayevin qoruduğu qapıdan rəqiblər 17 top keçirib.

"Qəbələ" xaric (20 top) heç bir klub bundan çox qol buraxmayıb.

Mənzərənin nə qədər biabırçı olmasını göstərmək üçün bir statistikanı demək yerinə düşər.

Sonuncu pillədə gedən "Kəpəz" də "Səbail"lə eyni sayda qol buraxıb.

Məncə, Diniyev müdafiəçilərlə bağlı ciddi ölçü götürməlidir.

Ki, belədə vəziyyət kifayət qədər daha yaxşı ola bilər.

Əks halda, paytaxt təmsilçisi bunun acısını qarşıdakı turlar daha çox çəkə bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti