Özü komandasından razı deyil, bizmi razı qalaq?

29 Oktyabr 2023 21:20 Səbail 811
Özü komandasından razı deyil, bizmi razı qalaq?

«Səbail» Premyer Liqanın bütün turlarında meydanı qol/qollar vuraraq tərk edən yeganə komandadır.

Bu, özlüyündə çox şey deyir.

İlk növbədə keyfiyyətli ayaqların varlığından. David Qomis, Aleksandr Ramalinqom və Pedro Nuno kimi səviyyəli legionerlər «Səbail»i «diri» tutur.

Doğrudur, Nir Bardea kimi «yamaqlar»ı da iş başında görürük, ancaq bu, o qədər də nəzərə çarpmır. Çün oynadıqları futbol hücum futboludur və bu, hələlik səmərə verməkdədir.

Ona görə hələlik deyirəm ki, Şahin Diniyevin özü də komandasından tam razı deyil. «Zirə» ilə qarşılaşmada iki fərqli «Səbail» izlədik.

Qonaqlar fasiləyədək üstün təsir bağışladı: hesabı qarşı tərəf açsa da, Pedro üç dəqiqə içində dubla imza atmaqla büsbütün çevriliş etdi, imkan yarandı ki, daha 1-2 dəfə fərqlənsinlər.

O epizodları da qolla sonuclandırsaydılar, «Səbail» ikinci yarını rahat keçirib, 3 xalı asanlıqla əldə edəcəkdilər.

Zira, fürsəti qaçırdılar, axır 45 dəqiqədə arxaya çox çəkildilər, yanıldılar. Bu isə ötən tur keçirilən «Neftçi» ilə qarşılaşmaya oxşadı.

Yayda toplanan gücün tükəndiyini söyləmək tezdir, amma rahatlıq yaranıb əksər futbolçularda. Özlərini əvəzolunmaz sayırlar.

Şahin Diniyevi bu haqda düşünməyə dəvət edirəm. Bugündən gec olmamaq şərtiylə.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti