Qələbəni "Qəbələ" tribunasında qeyd edən son adam - VİDEO

27 Oktyabr 2023 23:40 Səbail 368
Qələbəni "Qəbələ" tribunasında qeyd edən son adam - VİDEO

"Səbail" Premyer Liqada son qələbəsini Qəbələdə qazandı.

Yerli komandanın qonağı olan Bayıl təmsilçisi Rüfət Abdullazadənin sayəsində 3 xalı aktivinə yazdıra bildi.

Son dəqiqə qolunun gətirdiyi qələbə qonaq cəbhəsində böyük coşğu ilə qeyd olundu.

Final fitindən sonra isə baş məşqçi Şahin Diniyev paltardəyişmə otağına yox, birbaşa "Qəbələ" azarkeşlərinin cəm olduğu tribunaya qalxdı.

Onun gözlənilməz addımı səbəbsiz deyilmiş.

Diniyev qələbəni yerli azarkeşlərlə birgə görüşü izləyən tanışları ilə birgə qeyd etmək üçün bu addımı atıbmış.

O, yalnız tribunadakı bir neçə dəqiqəlik təbrikləşmədən sonra futbolçularının yanında qayıdıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları aşağıdakı linkdə izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti