Qardaş qardaşının problemini açıqladı: "Baxırsan ki, kimsə ayağını tapdaladı…"

17 İyun 2023 23:20 Səbail 973
Qardaş qardaşının problemini açıqladı: "Baxırsan ki, kimsə ayağını tapdaladı…"

«Ona istədiyini etməyə zədələr mane oldu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran»ın sabiq hücumçusu Zaur Ramazanov deyib.

O, «Səbail»in formasını geyinən kiçik qardaşı Ağabala Ramazanovun son mövsümdəki performansını dəyərləndirib. Çünki sezon Ağabala üçün düşərli olmadı.

Axı Premyer Liqada meydana çıxdığı 21 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Razılaşaq ki, hücumameylli futbolçu üçün xoş göstərici deyil.

Zaur da bununla həmfikirdir:

«Başa düşürəm. Ağabalaya bu il zədələr imkan vermədi. Özü də elə zədələr idi ki...

Baxırsan ki, kimsə ayağını tapdadı, 3 ay oynaya bilmədi. Əsas odur təcrübəlidir, potensialı var.

Allah qoysa, gələn mövsüm istədiyi futbolu sərgiləyər. Həvəsdən düşməməli, işləməlidir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti