Kapitan haqqındakı iddialara aydınlıq gətirdi: "Yaxın 3-4 gün ərzində…"

16 İyun 2023 19:40 Səbail 965
Kapitan haqqındakı iddialara aydınlıq gətirdi: "Yaxın 3-4 gün ərzində…"

“Yaxın 2-3 gündə məsələyə aydınlıq gələcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev dilə gətirib.

2022/23 sezonu 2 həftədi başa çatıb. Lakin müqaviləsi başa çatan təcrübəli oyunçuya hələ də yeni müqavilə təklif olunmayıb.

İddialar var ki, 33 yaşlı yarımmüdafiəçi futbolçu karyerasın başa vurub, hazırkı klubunda məşqçilik peşəsinə başlayacaq.

Amma Rahid hələ heç nəyin dəqiqləşmədiyini bildirib:

“İndidən dəqiq nəsə demək olmaz. Mövsüm başa çatandan sonra istirahətdəydim.

2-3 gün olar Bakıdayam. Rəhbərliklə yaxın günlərdə görüşümüz olacaq.

Yalnız həmin müzakirələrdən sonra yekun qərarımı verəcəm”.

Əmirquliyev 2018-ci ildən “Səbail”in şərəfinin qoruyur. O, arxada qalan 5 ildə paytaxt klubunun formasında 120 oyun keçirib.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti