"Bu qərarıma görə Samir Abasovla aramda heç bir inciklik olmadı"

15 İyun 2023 21:00 Səbail 939
"Bu qərarıma görə Samir Abasovla aramda heç bir inciklik olmadı"

"Bu qərarıma hər kəs hörmətlə yanaşdı".

"Səbail"in yeni transferi Süleyman Əhmədov Sportinfo.az-a açıqlamasında belə deyib.

Bugünlərdə "Sumqayıt"ı Bayıl klubuna dəyişən yarımmüdafiəçi "son anda ayrılıq qərarı verdiyin üçün Samir Abasovla aranda narazılıq olmadı" sualını bu cür cavablandırıb:

"Xeyr, heç bir inciklik olmadı. Samir müəllimə daim hörmətlə yanaşmışam.

"Sumqayıt" mənə doğma klubdur. Onların əziyyətini itirmərəm.

Futbolçu karyerası elədir ki, bu gün buradasan, sabah başqa yerdə. Hər şeyə hazır olmaq lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti