“Səbail” yay fasiləsində növbəti transferini başa çatdırıb.
Bayıl təmsilçisi Amil Yunanovla anlaşıb.
Forvardla bütün detallarda razılıq əldə olunub.
Onunla müqavilənin müddəti bir illik nəzərdə tutulub.
30 yaşlı hücumçu son mövsümü “Şamaxı”da keçirib.
O, 22 matçda meydana çıxıb və 7 qolla yadda qalmaqla bölgə klubunun ən sərrast futbolçusu olub.
XANOĞLAN / SPORTİNFO.AZ

