5 minə razılaşmadı, qapını çırpıb getdi

11 İyun 2023 20:20 Səbail 3 338
5 minə razılaşmadı, qapını çırpıb getdi

“Səbail”i tərk edən növbəti futbolçu Turan Manafov oldu.

Halbuki, baş məşqçi Şahin Diniyev 24 yaşlı müdafiəçinin xidmətində maraqlı idi.

Çempionat başa çatan kimi futbolçularla yeni müqavilə təmasına girən rəhbərlik Manafova aylıq 5 min manatlıq sözləşmə təklif edib.

U-21-in sabiq üzvü deyilən məbləğlə razllaşmayıb, bir qədər artıq maaş istəyib.

Lazımsız legionerlərə 10-12 min dollar verən rəhbərlik azərbaycanlı istedadın istəyini qarşılaya bilməyəcəyini bildirib.

Belədə, futbolçu “Səbail”də qalmaq istəmədiyini bildirərək xidmətində maraqlı olan digər klublarla danışıqlara start verib. “Dənizçilər” Turanın çıxış etdiyi müdafiənin sol cinahına Yusif Nəbiyevi cəlb edib.

Turan Manafov başa çatan mövsümdə “Səbail”in formasında meydana çıxdığı 18 oyunda 1 qol vurub, 1 assist edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti