"Səbail"in yeni transferi Süleyman Əhmədov Sportinfo.az-a açıqlama verib.
O, öncə keçidi barədə söz açıb:
"İlk olaraq "Sumqayıt"dan təklif almışdım. Bir müddət danışıqlar davam etdi.
Daha sonra "Səbail"dən təklif aldım. Müzakirələrdən sonra "Səbail"ə keçməyə qərar verdim".
23 yaşlı müdafiəçi 7 il şərəfin qoruduğu "kimyaçılar"dan ayrılmağın onun üçün heç də asan olmadığını bildirib:
"Sumqayıt" uzun illər çıxış etdiyim klub olmaqdan əlavə, həm də doğma şəhərimin təmsilçisiydi. Oranı tərk etmək çətin oldu.
Amma futbolçu karyerasında bu cür hallar olur. İnşallah, qismət olsa, nəzamansa geri dönəcəyimə ümid edirəm".
XANOĞLAN

