“Səbail”də toplantı keçirilib. Baş məşqçi Şahin Diniyev klubun baş sponsor olan “Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) rəhbər şəxsləri ilə görüşüb.
Ötən ilin dekabrından etibarən “dənizçilər”in sükanı arxasında dayanan çalışdırıcı son mövsümün yekunları və gələcək planları haqda danışıb.
O, gələn sezon avrokuboklara iddialı komanda formalaşdırmaq istədiyini bildirib.
ASCO-nun təmsilçiləri elan edib ki, “Səbail”lə bağlı məqsədləri böyükdür və bu yolda istənilən addımları atacaqlar.
Diniyevin nəzərinə çatdırılıb ki, tezliklə büdcədə artım olacaq və kluba ayrılacaq vəsaitin ümumi həcmi 10 milyon manatı keçəcək.
SPORTİNFO.AZ

