"Xəzər Lənkəran"la məşhurlaşan bu adam paytaxt klubundan ZƏNG GÖZLƏYİR

8 İyun 2023 17:00 Səbail 2 304
"Xəzər Lənkəran"la məşhurlaşan bu adam paytaxt klubundan ZƏNG GÖZLƏYİR

“Səbail”in təcrübəli siması Rahid Əmirquliyev karyerasını bitirmək barədə hələ düşünmür.

Belə ki, 33 yaşlı yarımmüdafiəçi bir il də top qovmaqda maraqlıdır.

Amma hələki Bayıl təmsiçisindən onunla əlaqə saxlayan olmayıb.

Müqaviləsi bu ayın sonu başa çatan Rahid rəsmilərdən zəng gözləyir.

Əmirquliyev 2018-ci ildən şərəfinin qoruduğu paytaxt klubunda 120 oyun keçirib.

10 il şərəfini qoruduğu “Xəzər Lənkəran”da (286 oyun, 13 qol) məşhurlaşan orta xətt oyunçusu “Şahdağ” və “Qarabağ”da da çıxış edib.

O, Azərbaycan millisinin heyətində 60 oyunda 3 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti