Serbiyalı legioner Azərbaycan klubuna "gözləyin" dedi

8 İyun 2023 19:00 Səbail 1 435
Serbiyalı legioner Azərbaycan klubuna "gözləyin" dedi

"Səbail"in qış fasiləsində heyətinə qatdığı futbolçulardan biri də Matiya Lyuyiç oldu.

Serbiyalı yarımmüdafiəçi qısa müddətdə haqqında xoş fikirlər yarada bildi.

16 matçda meydana çıxan orta xətt oyunçusu 3 qol və 3 asistlə yadda qaldı.

Əbəs deyil ki, Şahin Diniyevin israrla heyətdə görmək istədiyi adlardan biri Matiyadır.

Amma hələ də serbiyalı ilə dil tapmaq mümkün deyil.

Macarıstanın "Uypeşt" klubundan icarəyə götürülmüş yarımmüdafiəçinin başqa yaxşı təklifləri var.

Ona görə də 29 yaşlı legioner təmsilçimizdən qərar verməsi üçün bir qədər zaman istəyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti