"Səbail"dən ayrılan futbolçuların sırasına daha biri qoşulub.
Müdafiəçi Turan Manafov getmək qərarı verib.
Şahin Diniyevin oynamaq şansı az verdiyi arxa xətt oyunçusu daha çox oynayacağı yerə getmək istəyir.
Digər Premyer Liqa təmsilçilərindən təklifləri olan Turanın getməsinə rəhbərlik şərait yaradıb.
24 yaşlı oyunçu son mövsüm 18 oyunda cəmi 1124 dəqiqə meydanda olub.
Gənclər millimizin sabiq üzvünün aktivində bir qol var.
XANOĞLAN / SPORTİNFO.AZ

