“Səbail” yay fasiləsində ikinci yerli transferini reallaşdırıb.
Yarımmüdafiəçi Süleyman Əhmədov karyerasını Bayıl təmsilçisində davam etdirəcək.
“Sumqayıt”dan ayrılan 24 yaşlı oyunçu yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib. “Dənizçilər” ona bu müddətdə 35 min manat ödəyəcək.
“Səbail”in ilk transferi “Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev olub. Gəncəlilərin keçmiş kapitanı eyni klubundan aylıq 6000 manat əməkhaqqı alacaq.
SPORTİNFO.AZ

