Azərbaycanlı oyunçunun bir “kəllə”sinin qiyməti – 3200 manat

6 İyun 2023 13:40 Səbail 1 063
Azərbaycanlı oyunçunun bir “kəllə”sinin qiyməti – 3200 manat

AFFA İntizam Komitəsi Premyer Liqada mövsümün son turunun “Səbail” – “Şamaxı” oyununda baş verən neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, təcavüzkar davranışa (rəqibə baş zərbəsi endirib) görə qarşılaşmada birbaşa qırmızı vərəqə alan bakılıların futbolçusu Elmir Tağıyev 4 oyunluq cəzalandırılıb, klubunu 3200 manat ziyana salıb.

Eyni zamanda, qarşılaşma bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğundan, “Səbail” daha 800 manat məbləğində cərimələnib.

Həm “Səbail”, həm də “Şamaxı” 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərimə ödəməli olacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti