Dönük adam!

7 İyun 2023 23:40 Səbail 1 197
Dönük adam!

Şahin Diniyevin "Səbail"ə baş məşqçi gələndən sonrakı ilk açıqlamalarında səsləndirdiyi bəzi fikirlər diqqətimi müsbət yöndə cəlb etmişdi.

Təcrübəli mütəxəssis əksər həmkarlarından fərqli olaraq özündən əvvəlki çalışdırıcının yığdığı heyət haqqında müsbət fikirlər səsləndimişdi.

Diniyev heyətin yaxşı potensialı olduğunu, uğur qazana biləcəklərini və köklü dəyişikliyə ehtiyac görmədiyini dilə gətirmişdi. Hətta sələfi Mahmud Qurbanova təsəlli verərək "alınmadı, üzülmə" demişdi.

Bir sözlə, komanda yaxşıdır, sadəcə məşqçidə alınmayıb.

Amma üstündən cəmi 4-5 ay keçəndən sonra başqa mənzərəyə şahidlik edirik.

O, Bayıl təmsilçisini demək olar yenidən yığır.

Artıq 7 futbolçu ilə yollar ayrılıb. Göndərilənlərin arasında kifayət qədər yaxşı mövsüm keçirən Petro Stastyuk, Franko Mazurek kimi adlar da var.

Düzdü, hər məşqçinin sevimli futbolçuları olub. Diniyevin də öz yanına kimlərisə gətirməsindən normal heç nə yoxdur.

Məsələn, qışdan sonra 3-4 belə futbolçu olmuşdu.

Yayda da bu sayda yeni ad görməyi ehtimal etmək olardı.

Daha kollektivi pərən-pərən salıb, sıfırdan yığmağa gərək yox idi.

Axı özünüz də cəmi bir neçə ay əvvəl heyətin potensialını yaxşı mənada qiymətləndirmişdiniz.

Görəsən, qısa müddətdən nə dəyişdi ki, Şahin Diniyev özü öz sözünə dönük çıxdı?

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti