
«Səbail»in baş məşqçisi Şahin Diniyev klub rəhbərliyinə etimad göstərmədiyini nümayiş etdirib.
Ötən ilin dekabrında görəvə gələn çalışdırıcı onlara münasibətini açıq-aşkar büruzə verib.
Hadisə Premyer Liqanın son turunda - «Şamaxı» ilə qarşılaşmanın ardından baş verib.
Belə ki, Diniyev 1:0 hesablı qələbə və münasibətilə ona təbriklərini çatdıran bir qrup şəxsin yanında üzünü rəsmilər tərəf tutaraq, «mən bu adamlarla işləyə-işləyə komandanı Premyer Liqada saxlamışamsa, böyük iş görmüşəm» deyib.
Maraqlıdır ki, ondan bu sözü eşidən idarəçilər heç bir reaksiya verməyib və bir qədər sonra oradan uzaqlaşıb.
SPORTİNFO.AZ