
“Səbail” üç legioneri ilə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, paytaxt klubu Qustavo de Fransa, Qoba Zapka və Luvaqa Kizito ilə yollarını ayırıb.
Klubdan verilən məlumata görə, “Səbail” rəhbərliyi bu üç oyunçu ilə yolları ayırmaq barədə qərar qəbul edib. Onlarla mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Futbolçulara xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Adıçəkilən futbolçular “Səbail”ə mövsümün əvvəlində cəlb olunmuşdu.