"Səbail"in yaxşı idarəçiyə ehtiyacı var, niyə onu gətirmirlər?" - VİDEO

26 May 2023 18:00 Səbail 1 057
"Səbail"in yaxşı idarəçiyə ehtiyacı var, niyə onu gətirmirlər?" - VİDEO

“Mətbuatda gedən xəbərlərə görə, bu klubda vəziyyət çox gərgin və pisdir. Şahin Diniyev idarəçilərlə yola getmir”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

“Sabah”ın sabiq idman direktoru Bayıl klubunun bərbad idarəçiliyindən danışıb. O, “dənizçilər”in Premyer Liqada qalmaq uğrunda mübarizə aparmasını icraçı şəxslərlə əlaqləndirib.

Bildirib ki, vaxtilə “Neftçi”, “İnter”, “Qəbələ” kimi komandalarda çalışmış, böyük təcrübəyə malik Səbuhi Səfiyarlı kimi kadrı gətirməklə, “Səbail”i vəziyyətdən çıxarmaq mümkündür:

“Burada yolunda getməyən nələrsə var. Ümumiyyətlə, “Səbail” rəhbərsiz kluba oxşayır.

Hətta bildiyimizə görə, ASCO-nun sədri Rauf Vəliyev kluba gəlib, idarəçilərə və komandaya öz ciddi iradlarını bildirib.

“Səbail” kənardan qohum-əqrəba klubuna bənzəyir. “Səbail”in təməli səhv qoyulub. AFFA-nın əli harada varsa, orada işlər düz getməyəcək.

Şahin Diniyev gələn mövsüm yaxşı bir komanda yaratmaq istəyirsə, Rauf Vəliyevə təkliflərini verməlidir. Orada yaxşı işçilər olmalıdır.

Səbuhi Səfiyarlı kimi nəhəng təcrübəsi olan adam hazırda heç bir klubda işləmir. Niyə belə bir kadrı “Səbail”ə gətirib, sonra ondan nəticə tələb eləmirlər?

Gətirsinlər və desinlər ki, büdcəmiz 8 milyondur, otur işlə, komanda da oynasın avrokuboklara.

Ya deyəcək, bu büdcə ilə avrokuboklara gedə bilərik, qalıb işləyəcək. Ya da deyəcək, olmaz”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti