İYRƏNC HADİSƏ! "Azca şərəfi, özünə hörməti varsa..." - FOTO

23 May 2023 22:20 Səbail 762
İYRƏNC HADİSƏ! "Azca şərəfi, özünə hörməti varsa..." - FOTO

"Səbail" Tovuz səfərindən vacib 1 xalla qayıtdı.

Bu, heç də asan başa gəlmədi.

Oyunun gedişində 0:2 geri düşən paytaxt təmsilçisi yalnız son saniyədə vurduğu qolla məğlubiyyətdən qaça bildi - 2:2.

Dəyərli qol isə Qoba Zakpadan gəldi.

Amma afrikalı futbolçu qoldan sonrakı sevincini elə dəyərsiz formada qeyd etdi ki, nə qolun dəyəri qaldı, nə də dramatik oyunun.

Futbolçu kameralar qarşısında etdiyi qeyri-etik jestlə yadda qaldı.

Haqqlı olaraq matçdan sonra sosial şəbəkələrdə, mətbuatda onun hərəkəti sərt qınandı.

Hətta klub rəhbərliyindən legionerin ölkəmizdən qovulmasını tələb edənlər də oldu.

Təəssüf ki, bunu etmək bir kənara, klubun sosial şəbəkə hesablarından daha artıq hörmətsizlik davam etdirildi.

Belə ki, öncə görüşün yekun hesabı olan postda Qoba Zakpa manşetə çıxarıldı.

Ardınca onunla bağlı oyundan sonra çəkilən videolar paylaşıldı.

Əbəs deyil ki, posta rəy yazan Süleyman Qasımov da etirazını sərt formada bildirib: "Klubun azca şərəfi, özünə hörməti varsa, bu oyunçu haqqında tədbir görər".

Hər hərfinə kimi haqqlı iraddır. Zakpanı cəzalandırmaq olmasa da, ən azından mövzunun qapanması üçün adıçəkilən oyunçunu bir müddət ictimaiyyətdən uzaq tutmaq olardı.

Görünür, Bayıl təmsilçisinin rəsmiləri Zakpanın hərəkətini, ona yönələn tənqidləri qulaqardına vurmağı üstün tutdu.

Belədə onun növbəti oyunlarda da eyni addımı atmasına sanki zəmin yaradıldı.

Deyəsən, bu klubda nə mənəvi dəyərlərə hörmət var, nə də haqqlı iradlara normal iradə göstərmək bacarığı.

Peşəkar klub is heç bir halda belə davranmalı deyil. Əgər "Səbail" də özünü peşəkar klub hesab edirsə...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı