Millinin qapıçısı təklifi geri çevirdi - Mən qalmıram

20 May 2023 14:40 Səbail 32 185
Millinin qapıçısı təklifi geri çevirdi - Mən qalmıram

Yığmanın qapıçısı Emil Balayev yenidən klubunu dəyişmək qərarına gəlib.

Sabiq «Qarabağ»lı «Səbail»in müqaviləni uzatmaqla bağlı təklifini geri çevirib.

Karyerası ərzində Bayıl klubundan ayrılmağa hazırlaşan qolkiper, böyük ehtimalla, ölkə xaricinə yollanmayacaq.

Vaxtilə Almaniya və Qazaxıstanda legioner həyatı yaşamış Balayev hazırda Premyer Liqanın iki təmsilçisi ilə danışıqlar aparır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti