İdman direktorunu yola salırlar - Sponsorlar əsas problemi onda görür

15 May 2023 16:00 Səbail 1 048
İdman direktorunu yola salırlar - Sponsorlar əsas problemi onda görür

«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) rəhbərliyi ilə «Səbail»in idman direktoru Fərəc Əliyevin münasibətləri korlanıb. ASCO onu baş sponsoru olduğu klubun idarəçiliyindən uzaqlaşdırmağa hazırlaşır.

Bununla bağlı aparılan müzakirələrdə Əliyevin fəaliyyəti kəskin tənqid edilib.

Himayədar təşkilatın əksər funksionerləri bildirib ki, «Səbail»ə böyük miqdarda büdcə ayrılsa da, ümumi nəticələr biabırçıdır və idman direktoru öz üzərinə düşən işləri yerinə yetirə bilmir.

Əliyevin taleyi ilə əlaqəli yekun qərar mayın 23-dən sonra veriləcək. ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və köməkçilərinə onunla bağlı çoxsaylı şikayətlər ünvanlanıb.

Baş məşqçi Şahin Diniyev də Fərəc Əliyevdən narazıların sırasındadır.

Ötən ilin dekabrında görəvə gələn çalışdırıcı idman direktorunun komandanın daxili işlərinə qarışmasından və futbolçuları əleyhinə qaldırmasından gileylidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti