"0:3 darmadağındır, sadəcə..." - Şahin Diniyev

13 May 2023 22:50 Səbail 846
"0:3 darmadağındır, sadəcə..." - Şahin Diniyev

"Qarabağ"ı layiqli çempionluq münasibəti ilə təbrik edirəm və onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Komandam bacardığı qədər mübarizə apardı. Bu gün ilk qolu vuran komanda qalib gələcəkdi. İlk yarıda iki qol epizodumuz var idi. Amma qol buraxdıqdan sonra komanda "sındı". Bu cür rəqiblə oyunda geridönüş etmək çətindir. Səviyyə öz sözünü dedi. İki standart vəziyyətdən buraxdığımız qollar yerində deyildi. 0:3 darmadağındır, sadəcə oyuna görə olmadı. Fərdi keyfiyyətlər özünü göstərdi. Qarşıda iki oyunumuz qalıb. Meydana maksimum nəticə üçün çıxacağıq. Hər şey öz əlimizdədir. Ruhdan düşümək lazım deyil. Futbolçulara təşəkkür edirəm ki, "Qarabağ"a qarşı layiqli mübarizə apardılar. 70 dəqiqə ərzində uduzmurduq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 34-cü turunun "Qarabağ"la (0:3) matçından sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının Premyer Liqada qalacağına inandığını bildirib:

"Çox çalışacağıq ki, hər şeyi son tura saxlamayaq. Uğurlu nəticə qazanmaq niyyətindəyik. Amma həyat və oyun nə göstərəcək, hamımız birlikdə görəcəyik. Çox çalışacağıq ki, hər şey son tura qalmasın. Qalacaqsa da, var gücümüzlə oynayacağıq. İlk gündən demişəm, göstərdiyi oyuna görə, "Səbail" Premyer Liqadan çıxmağa layiq deyil".

Digər Xəbərlər
Xəbər Lenti