
"Səbail"in 3 oyunluq qələbə həsrəti Sumqayıtda başa çatdı.
"Kimyaçılar"ın qonağı olan Bayıl təmsilçisi 3:1 hesablı qələbəyə sevindi.
Əldə olunan uğurda Matiya Lyuyiçin böyük xidmətləri oldu.
Belə ki, 70 dəqiqə məğlub durumda olan komandasını serbiyalı legioner 70 və 73-cü dəqiqələrdə vurduğu qollarla önə keçirdi.
Maraqlıdır ki, bu futbolçunun qarşılaşmada iştirakı planda yox imiş
Səbəb yüksək hərərəti olmasıymış. Amma özünün istəyini nəzərə alan baş məşqçi Şahin Diniyev vacib oyunda onu start heyətində meydana buraxılıb.
O da bunun qarşılığını vurduğu iki qolla verib.
Meydandakı işini uğurla yerinə yetirən orta xətt oyunçusu 77-ci dəqiqədə Franko Mazureklə əvəzlənib.
"88 nömrə"nin qış fasiləsində "Səbail"ə transfer olunduğunu bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ