"Rauf artıq-əskik danışmaq istəyirdi" - Mahmud Qurbanov

27 Avqust 2022 21:30 Səbail 1 918
"Rauf artıq-əskik danışmaq istəyirdi" - Mahmud Qurbanov

"Səbail" Azərbaycan Premyer Liqasının IV turunun oyununda doğma meydanda "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə qol epizodumuz var idi. Əks-hücumda qol buraxdıq. Bu da komandaya təsir etdi. İkinci hissədə fərqli "Səbail" gördük. Üç əvəzetmədən sonra komanda toparlandı. Futbolçulardan razıyıq.

- Rauf Əliyev üstünüzə hücum edirdi. Nə baş vermişdi?

- Əslində Raufu başa düşmək olar. Komandası uduzur, qırmızı vərəqə alıb, o hələ bilmir iş nə yerdədir. İkincisi də yayda burda qalmağı çox istəyirdi. Mən qərar verdim ki, qalmasın. Çox güman ki, ona görə incik düşüb. Artıq-əskik danışmaq istəyirdi. Eybi yox.

- Polis naryadı çağırıldı...

- Yox heç nə olmadı. Sadəcə anlaşılmazlıq oldu. Polisin niyə naryad çağırdığını bilmirəm. Dava olmadı.

- Emil Balayevin oynamağının səbəbi nə idi?

- Emilin "Qarabağ"la oyundan sonra kiçik zədəsi var idi. Fikirləşirdik ki, tez keçər. Növbəti oyunlarda onu meydana buraxdıq. Bu gün qərara aldıq ki, zədənin tez keçməsi üçün ehtiyatda qalsın.

- İlk qələbənizi sizin üçün doğma olan "Kəpəz" üzərində qazandınız. Bu haqda nə deyə bilərsiz?

- Bilmirəm bu nə ilə əlaqədardır. Əlbəttə ki, "Kəpəz" mənə doğma kamandadır. Amma bu, futboldur. Uşaqlara da deyirəm ki, dost-tanış, qardaş, qarşı-qarşıya gələndə yaddan çıxmalıdır. Təssüf ki, bu gün "Kəpəz"lə oynayırdıq və belə oldu. Bütün futbolçularıma təşəkkür edirəm.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı