“Səbail”in bir qrup futbolçusu ŞİKAYƏTƏ GETDİ

26 Avqust 2022 14:40 Səbail 1 796
“Səbail”in bir qrup futbolçusu ŞİKAYƏTƏ GETDİ

“Səbail”in bir qrup yerli və legioner futbolçusu klub rəsmiləri, həmçinin “Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) təmsilçiləri ilə görüşüb.

Burada Premyer Liqanın ilk turlarının nəticələri ətrafında söhbət aparılıb.

Oyunçular “Qarabağ” və “Turan Tovuz”a məğlubiyyət, “Şamaxı” ilə heç-heçə barədə öz fikirlərini bildirib

. İddia ediblər ki, komandadaxili münasibətlər qaydasında deyil, bəzən məşqçilər korpusunun üzvləri onlarla sərt danışır, bu da hamını ruhdan salır.

Futbolçular deyib ki, komandanın əsası yenidən qurulduğundan, ortalığa çıxan problemlərin həlli mümkündür. Bunun üçün sadəcə, kollektivin üzərindən psixoloji basqını götürmək lazımdır.

Onu kim edəcək? Bildirdiklərinə görə, bu, məşqçilərin işidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"