Qapıçı ilə söz-söhbət yaşadılar, 3000 dollarlıq alternativ tapdılar

22 Avqust 2022 17:40 Səbail 1 252
Qapıçı ilə söz-söhbət yaşadılar, 3000 dollarlıq alternativ tapdılar

"Səbail" baxışa yeni qapıçı dəvət edib.

Bu, Aleksandr Tuayevdir.

23 yaşlı rusiyalının son iş yeri Qırğızıstan "Kaqanat"ı olub.

Öncəki illərdə “Luki-Energiya” və “Kolomna”da da çıxış etmiş kiper, böyük ehtimalla, burada qalacaq.

Çünki “dənizçilər” yalnız Emil Balayevin ümidinə qalmaq istəmir. əgər onunla bağlı son qalmaqal yaranmsaydı, heç Tuayev də bura dəvət edilməyəkdi.

Hazırlıq prosesi zamanı məşqçilərdən biri üzünü Emilə tutaraq irad bildirib və “ə” deyə, çağırış edib. Bundan xoşlanmayan kiper qarşı tərəfə cavab qaytarıb: “Mən “ə” deyiləm, Emil Balayevəm”.

Aleksandr Tuayevin burada qazanmaq istədiyi məbləğ yetərincə aşağıdır. Rusiyalı 3000 dollar qarşılığında “Səbail”in formasını geyinməyə hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti