Qurbanov yeni transferlərdən narazıdır: "Gözlədiyimizi vermirlər”

19 Avqust 2022 19:10 Səbail 1 396
Qurbanov yeni transferlərdən narazıdır: "Gözlədiyimizi vermirlər”

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Görüş ağır keçdi. Matçın əvvəllərində yaxşı oynamadıq. Düzdür, qol vurduq, amma komandada hərəkət az idi. 1 xal qazandıq. Daha yaxşı nəticə əldə edə bilərdik”.

49 yaşlı mütəxəssis ilk hissədə yaxşı oynamadıqlarını etiraf edib:

“Dediyim kimi, uşaqlar ağır hərəkət edirdilər. Ona görə fasilədə əvəzetməyə əl atdıq və 3 nəfəri dəyişdik.

Müdafiə yox, hücumda istədiyimizi ala bilmirik. Daha çox ön xətti fikirləşməliyik. Hücumameylli legionerlər hələlik gözlədiyimiz oyunu sərgiləmirlər.

Əslində onları oyunlarına baxıb götürmüşük. Düzdür, Qoba Zakpa məhsuldar ötürmə ilə yadda qaldı.

Lakin hücumda oynayan əcnəbi futbolçuların potensialı daha böyükdür. Onlara güvənirik. İnanırıq ki, gələcək oyunlarda bizə kömək edəcəklər”.

Qurbanov yeni transfer Petro Stasyuku müdafiə xətti üçün transfer etdiklərini bildirib:

“İlk yarıda rəqibin sağ cinahı aktiv idi. Ona görə də Fakundo Kardozonu sağa çəkib hücuma daha çox qatılmasını istədik.

Stasyuk ilk matçda işinin öhdəsindən gələ bilmədi. Yeni oyunçuların alınmasını istəyərik. Bəlkə bir hücumameylli futbolçu götürdük. Amma böyük ehtimalla əlimizdəki heyətlə davam edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti