Premyer Liqa klubunda gərgin vəziyyət: "Onu işləməyə qoymadız"

17 Avqust 2022 11:40 Səbail 1 714
Premyer Liqa klubunda gərgin vəziyyət: "Onu işləməyə qoymadız"

«Səbail»in Premyer Liqanın ilk 2 turunda «Qarabağ» və «Turan Tovuz»a məğlub olması «Xəzər dəniz Gəmiçiliyi»nin (ASCO) rəhbərliyini hiddətləndirib.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev yeni mövsümün uğursuz startı ilə bağlı toplantı keçirib.

«Dənizçilər»in funksionerlərini sorğu-suala çəkən baş sponsor komandanın üzləşdiyi vəziyyətə dair hesabat tələb edib. O, gedişata sərt şəkildə təpgi göstərib, işlərin bu cür davam etməsinə yol verməyəcəyini söyləyib.

Klubun himayədarı uğursuzluğa tezliklə son qoyulmayacağı təqdirdə, islahatlara başlayacağını diqqətə çatdırıb.

Mayda istefaya göndərilən Aftandil Hacıyevi yada salan R.Vəliyev «onu işləməyə qoymadız» deyə, onlara irad tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı