"Mənim tapşırıqlarımı yerinə yetirməyən burada qalmayacaq" – BARMAQ SİLKƏLƏDİ!

16 Avqust 2022 10:40 Səbail 1 688
"Mənim tapşırıqlarımı yerinə yetirməyən burada qalmayacaq" – BARMAQ SİLKƏLƏDİ!

«Səbail»in baş məşqçisi Mahmud Qurbanov komanda üzvlərinə sonuncu xəbərdarlığını edib.

Buna səbəb Premyer Liqanın ilk 2 turunda qeydə alınan məğlubiyyətlərdir.

«Qarabağ»dan sonra (1:3) «Turan Tovuz»a da uduzan (0:1) Bayıl təmsilçisinin çalışdırıcı gedişata «dur» deməyə qərarlıdır.

Bu səbəbdən o, həm yerlilərə, həm də legionerlərə barmaq silkələyib. Qurbanov bildirib ki, komandanın sərgilədiyi futbolçu onu qətiyyən qane etmir və bəzi dəyişiklərə əl atacaq.

Adil Nağıyevin ardınca daha 1-2 nəfərin üstündən xətt çəkəcəyini söyləyən çalışdırıcı «mənim tapşırıqlarımı yerinə yetirməyən burada qalmayacaq» ifadəsini işlədib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti