Bu komandada bir neçə nəfər "başqa əl"ə "oynayır"

14 Avqust 2022 19:00 Səbail 856
Bu komandada bir neçə nəfər "başqa əl"ə "oynayır"

«Səbail» qaynayır.

Üzdə hər şey başqa cürdür, hələlik heç nə açıqca nəzərə çarpır.

Sadəcə, işartıları var və biz tezliklə düşərgədən yeni nələrinsə xəbərini, sorağını alacağıq.

Adil Nağıyevin ardınca daha 1-2 futbolçu Bayıl yamacını tərk etməli olacaq. Gedişat buna doğrudur.

Komandada bir neçə nəfər var, hansılar ki, «başqa əl»ə «oynayır».

Onlar Mahmud Qurbanovun qayda-qanunlarına tabe olmaq istəmir, bu tərəfdən isə özlərini toxunulmaz sayırlar. Çün rəhbərlikdə təmsil olunan müəyyən fiqurların dəstəyini öz arxalarında hiss eləyirlər.

Biz bunu havadan, dağdan, daşdan, sudan götürmürük. Bildiyimiz bir şeylər var və yeni baş məşqçiyə qarşı «təxribatçı qrup»un hərəkətə keçməsindən xəbərdarıq.

Həmin bu ünsürlər kənarlaşdırılmasa, xeyri yoxdur, nəticələr düzəlməyəcək. «Qarabağ»a məğlubiyyət nə qədər sakit qarşılandısa, «Turan Tovuz» önündə alınan yenilgi bir o qədər gözlənilməzdir.

Çempionlar Liqasında fırtına kimi əsən «Qarabağ»dan çəkinməyən, qol epizodları yaradan «Səbail» debütant qarşısında tamamən «sınıq-salxaq» təsir bağışladı, demək olar yüzfaizlik şans yaxalamadı.

«Səbail» bu qədər zəif deyil axı.

Bir belə legionerlə, maaşları az qala iki-dəfə artan yerli futbolçularla heç nə edə bilməmək?

Mahmud Qurbanov boş yerə «professor» adını almayıb və şübhə yox ki, o, artıq arxasından iş çevirənlərin əməllərindən duyuq düşüb, tezliklə yumruğun stola çırpacaq, əks tədbirlər görəcək.

Mehriban düşmənlər ona başqa yol təklif etmirlər, heyhat!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi