"İstədiyimiz oyunu oynaya bilmədik" - Mahmud Qurbanov

13 Avqust 2022 23:10 Səbail 642
"İstədiyimiz oyunu oynaya bilmədik" - Mahmud Qurbanov

"Səbail" Azərbaycan Premyer Liqasının II turunun oyununda öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- İlk qələbəmizi qazanmaq istəyirdik. Oyuna heç də pis başlamamışdıq. İkinci hissədə rəqibin bir əks-hücumu qolla nəticələndi. Futboldur, hərə bir oyun sistemi seçir. Müdafiədə daha diqqətli idilər, daha çox idilər. Müdafiəni yarmaqda problemlərimiz göründü. Qarşıdakı oyunlara baxacağıq. Çalışacağıq ki, xallar qazanaq.

- Hakim idarəçiliyi ilə bağlı fikriniz necədir?

- Elə bir iradım yox idi. Oyun zamanı olur, bəzi epizodlar mübahisəli idi. Düşünürəm ki, orada fərqli qərarlar qəbul etmək lazım idi. Hakimlər də səhv edir.

"Turan Tovuz" güclü oynayıb qələbə qazandı, yoxsa "Səbail" zəif oynadı?

- Düşünürəm ki, "Turan Tovuz" yaxşı müdafiə olundu. Biz də istədiyimiz oyunu oynaya bilmədik. Əsas da cinahlarımız fəal deyildi.

Digər Xəbərlər
Xəbər Lenti