Bu pulu dünya çempionuna yalnız Azərbaycan klubu verdi…

13 Avqust 2022 17:40 Səbail 2 002
Bu pulu dünya çempionuna yalnız Azərbaycan klubu verdi…

"Səbail" heyətini yeni legionerlə gücləndirib. Bayıl təmsilçisi "Şaxtyor"dan (Donetsk) Maksim Çexi icarəyə götürüb.

23 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək "dənizçilər"in formasını geyinəcək.

Maksim Çex 2019-2021-ci illəri icarə əsasında “Maripol”da keçirib. Ukraynanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib.

2019-cu ildə U-20 ilə dünya çempionatının qalibi olub.

Donetsk klubunun yetirməsinin Azərbaycanda aylıq qazancı 5000-6000 dolları keçməyəcək. Bu da daha çox onun əsas heyətə düşüb-düşməməsindən asılıdır.

Son günlərə kimi Polşada bir neçə komanda ilə danışıqlar aparıb, lakin maliyyə şərtləri qəbul olunmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti