"Qarabağ" və "Neftçi"nin Premyer Liqada rahatlığını əlindən alacaq komanda gəlir!

13 Avqust 2022 11:40 Səbail 11 637
"Qarabağ" və "Neftçi"nin Premyer Liqada rahatlığını əlindən alacaq komanda gəlir!

Bu mövsüm çempionluq uğrunda savaş yalnız «Qarabağ» və «Neftçi» arasında getməyəcək.

Qızıl mücadiləsində «Sabah»ı da görəcəyik.

İndidən bunu iddia edirəm və əminəm ki, qarşıdakı həftə və aylar mənim proqnozumu doğruldacaq.

«Sabah»ın Bolqarıstan toplanışı hər kəsi yanıltdı. Burada keçirilən yoxlama görüşlərinin nəticələri hamını əvvəlki fikirə qaytardı.

«Yox e, Murad Musayev komandanı düzəldə bilməyib, yenə keçmişə qayıdıblar» yönündə rəylərin çoxluğu bu gün görünür ki, əslində, «Sabah»ın lehinə işləyir.

«Sabah» hələ ideal formanı əldə etməyib. Bununla belə, «Sumqayıt» və «Zirə»yə eyni sayda – 3 qol vurublar.

Bu, ümumi potensialın, özünəinamın artması deməkdir. Qələbələr gəldikcə, əhval-ruhiyyə də, istək də, iradə də, mehribanlıq da artır, düşərgədə üzlər gülür.

Davit Volkovla Namiq Ələsgərov kollektivə yaxşı qoşulub. Çoxdandır burada oynayırlarmış kimi bir tərz sərgiləyirlər.

Bu, sırf baş məşqçi əməyidir. Murad Musayev hər bir fərdlə öz dilində danışmasaydı, komandanı ələ ala, özünə tabe etdirə, istədiyi cür idarə edə bilməzdi.

Düz yolu tapıb və özü də bunun fərqindədir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti