Azərbaycan klubunda futbolçular arasında insident - VİDEO

10 Avqust 2022 17:00 Səbail 1 353
Azərbaycan klubunda futbolçular arasında insident - VİDEO

“Səbail” Premyer Liqanın ilk turunda “Qarabağ”ın qonağı oldu və Suraxanıdan 1:3 hesablı məğlubiyyətlə ayrıldı.

Ramil Şeydayevin dublu və Musa Qurbanlının qolu qonaqları yenilgi ilə barışdırdı.

Nəticə təəccüb doğurmadı. “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır və “Səbail” bu yay nə qədər güclənsə də, onlarla ayaqlaşması qeyri-mümkündür.

Bundan da diqqətçəkən məqam “dənizçilər”İn futbolçuları arasında münasibətin gərgin olmasıdır.

Oyunun 17-ci dəqiqəsi gedir, “Qarabağ” hücuma atılıb. Kadi Borgesin reydindən sonra “Səbail”in qapısı önündə qol epizodu yaranır.

Təhlükə sovuşandan sonra Bayıl təmsilçisinin futbolçuları bir-birləri ilə mübahisə edir.

Təqdim etdiyimiz videoya fikir verin, özünüz görəcəksiz:

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"