Qurbanova qarşı TƏXRİBAT – Onu istefaya göndərmək üçün…

7 Avqust 2022 16:40 Səbail 2 759
Qurbanova qarşı TƏXRİBAT – Onu istefaya göndərmək üçün…

Zakpa və Kizito - Afrikadan olan bu legionerlər Azərbaycana yeni gəlib.

«Səbail» onlarla birillik müqavilə imzalayıb.

Mən elə bu gün iddia edirəm və mərc gəlməyə hazıram ki. adlarını çəkdiyim futbolçular hələ xeyli müddət Azərbaycanda çıxış edəcək.

Mahmud Qurbanovun zövqünə inandım. Vaxt və imkan versələr, normal komanda formalaşdıracaq.

Hələlik isə futbolçuların hamısı ona məxsus deyil, hərəsinin fikri bir yeodədir. Nələrsə eşitmişəm, hiss etmişəm, deyirəm, havadan danışmıram.

Təəccüblənməyin və sual verməyin ki, nə tez? Qurbanov əleyhinə altdan-altdan iş çevirirlər. Elə klubun öz içində. Futbolçular arasında anti-Qurbanov təbliğatı aparılır.

Mayda 2 illik müqaviləyə imza atmış yeni baş məşqçini iki ay sonra istefaya göndərmək üçün komandanı daxildən qarışdırırlar. Qoy bir az ötsün, səsi çıxacaq, özü də lap pis çıxacaq…

Birinci turda qarşılarına «Qarabağ» çıxdı deyə, məğlubiyyət gözlənilən idi və gözlənildiyi kimi, sonluq adi qarşılandı. «Səbail» oyunun əvvəlində bir-iki təhlükəli hücum edib sakitləşdi.

İnseativi götürməyə başlayan «Qarabağ» qolları vurunca, qonaqlar lap «rahatladı». Xətlər arasında rabitə tamamən itdi, yarımmüdafiədə mövqe tutanlar hücumçuların arxasından çəkildilər, harasa yox oldular.

Zakpa və Kizito irəlidə fərdi bacarıqlarına güvənib, bir neçə epizodda topla incə, sürətli reyd etməklə yadda qaldılar.

Bundan artıq heç nə olmadı, çün hər kəs yalnız özü üçün oynayırdı. Luka Quqeşaşvili çıxışda səhvə yol verməsəydi, «Səbail» təsəlli qolunu da vurmayacaqdı.

Mahmud Qurbanovun görəcəyi iş həddən artıq çoxdur. Son çempionla oyun problemlərin başdan aşdığını ona nümayiş etdirdi.

Problemlərdən baş aça, çözə, dözə biləcəkmi - bax, bu, yetərincə çətin sualdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti