Klubun birinci şəxsi Qurbanova sahib çıxdı – Kimsə onun işinə qarışa bilməz

5 Avqust 2022 09:40 Səbail 948
Klubun birinci şəxsi Qurbanova sahib çıxdı – Kimsə onun işinə qarışa bilməz

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev “Səbail“ rəhbərliyinə son təlimatını verib.

O, baş məşqçi Mahmud Qurbanovun fəaliyyətinə müdaxilə edilməməsini tapşırıb.

Klubun baş sponsoru yeni çalışdırıcıya komanda ilə bağlı bütün məsələlərdə sərbəst qərar qəbul etmək haqqı tandığını bildirib. Əgər rəsmilərdən kimsə bu və digər formada sükançının işinə qarışarsa, sərt tədbir görüləcək.

R.Vəliyev klubdaxili toplantıda M.Qurbanova bundan sonra da davamlı dəstək verəcəyini söyləyib.

ASCO-nun İdarə Heyətinin sədri xatırladıb ki, 2 ay öncə baş məşqçi postuna bir çox namizədin adı ona təqdim olunsa da, aralarından yalnız M.Qurbanovu seçib və inanır ki, bu, mövcud vəziyyətdə ən doğru qərardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti