“Qarabağ”la qarşılaşma bizim üçün böyük məsuliyyətdir“

4 Avqust 2022 11:20 Səbail 877
“Qarabağ”la qarşılaşma bizim üçün böyük məsuliyyətdir“

“Yeni mövsümün ilk matçını səfərdə 9 qat Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyik.

Bu amil bizim üçün böyük məsuliyyətdir“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Səbail“in qapıçısı Emil Balayevə aiddir.

O. 2022/23-cü illər mövsümünün ilk turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb:

”Komandanın hər bir üzvü bunu dərk edir. Düşünürəm ki, kifayət qədər uğurlu təlim-məşq toplanışı keçirmişik.

“Qarabağ”la oyuna da ciddi hazırlaşırıq. Layiqli mübarizə aparacağımıza əminəm. Yaxşı nəticə əldə etmək üçün hər birimiz var gücümüzlə çalışırıq”.

Digər Xəbərlər
Xəbər Lenti