"Səbail" özünə bir ütü almır, amma iddiası sərhəd tanımır… FOTO

2 Avqust 2022 16:40 Səbail 1 174
"Səbail" özünə bir ütü almır, amma iddiası sərhəd tanımır…  FOTO

«Səbail» bu mövsüm iddialı olacaq – hər halda rəsmilər belə bir açıqlama verib.

Təbii ki, ötən 3 ildə Premyer Liqanın ən geridə qalmış klubunun bir-birə özünə gəlməsi yaxşı haldır, sevindiricidir.

Medallar uğrunda mübarizə aparanların sayı nə qədər çox olsa, Premyer Liqa üçün bir o qədər müsbət haldır.

Sözsüz, «dənizçilər» hardansa qızıl külçəsi tapmayıb, yaxud Afrikadan şir əti sifariş edib gətirməyiblər. Sadəcə və sadəcə, «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) əlini daşın altına qoyub, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə başlayıb.

2016-cı ildən - «Səbail»in var olduğu tarixdən bu klubun baş sponsoru kimi futbol ailəsinə qədəm basan ASCO səxavət kisənin ağzını təkrar açıb, transferlərə xeyli büdcə ayırıb, maaş fondunu artırıb.

«Səbail»in həyatındakı canlanmanı sosial şəbəkə profilllərindən də görmək mümkündür. Klubun rəsmi «virtual səhifələri» rəngarəng fotoreportajlarla, təqdimatlarla «dolub-daşır».

Amma...

Özünə 5000 manat maaş (500 manat benzin pulu) istəyən və alan idman direktoru Fərəc Əliyev bir ütü alıb «Səbail»ə hədiyyə etmir.

Gördüyünüz bu fotoya diqqət yetirin. «Şamaxı»dan komandaya cəlb olunan Samir Abdullayevin transferi barədə xəbəri tirajlayan

«dənizçilər»in təqdimatı əsl həvəskarsayağıdır. Qırış-qırış formanı gənc futbolçunun əyninə geyindirən və şəklin elə bu cür çəkilib yayılmasına göz yuman rəsmilər, görəsən, aə vaxt anlayacaq ki, futbolda peşəkarlıq, əslində, belə incəliklərdən başlayır?

Bir ütü almayacaq qədər xəsis olan rəsmilərin kluba can yandıracağına, yalnız öz ciblərini, maraqlarının qayğısına qalmayacağına necə inanasan?

Hörmətli funksionerlər, yaxşı olar ki, bu cür incə nüansları diqqətə alsınlar.

Bu gün adicə forma məsələsində belə səhlənkarlığa yol verirlərsə, sabah başqa problemlərin yaranmayacağından necə narahat olmayasan ki..?

BİZ

"Səbail" növbəti transferi "Şamaxı"dan həyata keçirdi

Digər Xəbərlər
Xəbər Lenti