Qurbanov üstündən "xətt çəkdi", alacağı pulu üstün tutdu, getmədi

2 Avqust 2022 15:00 Səbail 1 485
Qurbanov üstündən "xətt çəkdi", alacağı pulu üstün tutdu, getmədi

Millinin sabiq müdafiəçisi Adil Nağıyev «Səbail»in əsas komandasından uzaqlaşdırılıb.

Nizam-intizam tədbirlərinə ciddi önəm verən Mahmud Qurbanov Gürcüstan toplanışında özünü pis tərəfdən göstərən arxa xətt oyunçusunu əvəzedici heyətə göndərib.

Bayıl təmsilçisi ona müqaviləni ikitərəfli qaydada pozmağı təklif edib. Bu yandan isə «Kəpəz» Nağıyevə dəvət göndərib.

Ancaq o, üçüncü variantı seçib – yəni, ikinci komandada qalmağı.

Niyə görə? İki ay öncə «Səbail»lə müqaviləsini 2 il müddətinə uzadan Adilin məvacibi dəfələrlə artırılıb, 6000 manata çatdırılıb. Növbəti sezonda isə maaşı 8000 manat nəzərdə tutulub.

Yığmanın eks üzvünə «Kəpəz» bu qədər pul vermir. Odur ki, maadi gəliri oyun praktikası qazanmaqdan daha üstün tutur.

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti