"Karyeramda yeni bir addım atıram, yeni evim olacaq" - FOTO

2 Avqust 2022 03:20 Səbail 1 291
"Karyeramda yeni bir addım atıram, yeni evim olacaq" - FOTO

Ötən mövsümü “Səbail”də keçirmiş Camal Araqo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, liberiyalı futbolçu "Ohod"la anlaşıb. Araqo artıq yeni klubunda ictimaiyyətə təqdim edilib.

Futbolçu instaqram hesabında "Ohod"a keçidilə bağlı yazıb:

"Keçmiş klubum olan “Səbail”ə və Azərbaycan futbol ailəsinə dərin təşəkkürümü bildirirəm. Bu gün karyeramda yeni bir addım atıram, yeni evim olacaq.

Səudiyyə Ərəbistanının “Ohod” klubunun bir hissəsi olduğumu elan etməkdən məmmunam. Mənə göstərilən sevgiyə görə də təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti