Azərbaycan klubu pul ödəməyə başladı – 10 gün saxladığı məşqçilərə

1 Avqust 2022 16:00 Səbail 1 566
Azərbaycan klubu pul ödəməyə başladı – 10 gün saxladığı məşqçilərə

«Səbail» rəhbərliyi keçmiş məşqçi korpusu qarşısında götürdüyü öhdəliyi yerinə yetirib.

Bu barədə Sportinfo.az-a klubdan yeni məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, «dənizçilər» Aftandil Hacıyev və onun köməkçilərinə hər ay təzminat ödəyəcək.

Bayıl təmsilçisi mayda onlarla müqavilənin müddətini 1 il uzatsa da, işbirliyi cəmi 10 gün çəkdi. Premyer Liqanın son turunda «Sumqayıt»a 0:5 hesablı məğlubiyyət əməkdaşlığın birtərəfli qaydada pozulmasına gətirib çıxartdı. Anlaşma bu şəkildə ləğv edildiyi üçün öhdəliyi həyata keçirmək qaçılmaz idi. Çünki yeni müqavilədə təzminatla bağlı şərt xüsusi qeyd olunmuşdu.
«Səbail» minimum ilin sonunadək sabiq məşqçilərinə bu pulu ödəyib qurtarmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti