"Budur sizin tərifli futbolçunuz? Ayağı top tutmur"

31 İyul 2022 11:40 Səbail 2 023
"Budur sizin tərifli futbolçunuz? Ayağı top tutmur"

«Səbail»in məşqçilər korpusu daha 2 futbolçudan şikayətçi düşüb.

Adil Nağıyevdən sonra Tural Bayramlı və Ruslan Hacıyev onların «qara siyahı»sına düşüb.

Bu ilin əvvəlində komandaya qoşulan və 2 ay öncə 1 illik yeni müqaviləyə imza atan yarımmüdafiəçilərin düşərgədən uzaqlaşdırılması ilə bağlı idarəçilərə müraciət olunub.

Mahmud Qurbanov və köməkçilərini ən çox narazı salan Bayramlının potensialından zəif çıxış etməsidir.

«Budur sizin tərifli futbolçunuz? Ayağı top tutmur » - məşqçilər «Xəzər Dəniz Gəmiçiliyi»nin Gürcüstan toplanışında iştirak edən nümayəndəsinə belə bir sual ünvanlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti